Fiziki, cinsi və narkotik cinayətlərində əfqanlarla suriyalılar birinci yerə çıxdılar - HESABAT

Almaniya Federal Cinayət Polisi İdarəsi miqrasiya kontekstində cinayətkarlığın yeni qiymətləndirilməsini dərc edib.

Stopnarkotik.az xəbər verir ki, hesabata görə, 2024-cü ildə suriyalılar və əfqanlar bir çox cinayət növündə almanlardan dəfələrlə çox şübhəli qismində olublar. Bu fərq xüsusilə zorakı cinayətlərdə böyükdür. Belə ki, almanlar arasında hər 100.000 sakinə 163 şübhəli, əfqanlar arasında hər 100.000 sakinə 1722 şübhəli, suriyalılar arasında hər 100.000 sakinə 1740 şübhəli düşür ki, bu da on dəfədən çoxdur.

“Bild” nəşri yazır ki, istər fiziki, istər cinsi zorakılıq, istərsə də narkotik cinayəti olsun, suriyalılar və əfqanlar demək olar ki, hər yerdə birinci yerdədirlər.

"Almaniyaya inteqrasiya olmaq, burada işləmək, dolanışıq qazanmaq və qaydalarımıza hörmət etmək istəyənlər xoş qarşılanır. Lakin cəmiyyətimizdən uzaqlaşan, cinayətkar fəaliyyətlə məşğul olan və ictimai təhlükəsizliyə təhdid yaradanların Almaniyada qalmaq hüququ yoxdur. Buna görə də, cinayətkarları və təhlükə yaradan şəxsləri deportasiya etmək üçün Əfqanıstana və Suriyaya deportasiyalar hazırlayırıq", deyə Almaniyanın daxili işlər naziri Dobrindt bildirib. 

Stopnarkotik.az