Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadıldı

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun həbs müddəti uzadılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə vəkil Bəxtiyar Hacıyev məlumat verib.

Bununla bağlı bu gün Səbail rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə həbs müddətinin 4 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.