Faktiki hava açıqlandı

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub.

Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Yağıntı: Bakıda və Abşeron yarımadasında, Şabran, Lənkəran, Astarada yağış, Şəki, Qobustan, Altıağac, Şamaxı, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 14 dərəcəyədək isti, Aran rayonlarında 14-18 dərəcə isti, dağlıq rayonlarda 2-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.