Ermənistanın məhkəmə hakimi rüşvətə görə saxlanıldı

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Stopnarkotik.az xəbər verir ki, rüşvət almaqda şübhəli bilinən hakim Tiqran Poladyan barəsində cinayət işi başlanıb və o saxlanılıb.

Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Poladyan xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Baş prokuror dekabrın 14-də işin başlanması üçün Ali Məhkəməyə vəsatəti təmin edib. Bundan sonra cinayət işi açılıb.