Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hacı Paşayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, H.Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub. H.Paşayev bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edib./pravda.az