Rusiyanın Tolyatti şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, Tolyatti şəhərinin Liza Çaykina küçəsindəki mənzilin eyvanında boyun və bədənb nahiyəsində bıçaq xəsarətləri olan 2 və 5 yaşlı qızların meyitləri tapılıb.
İlkin məlumata görə, körpələr 13 yaşlı ögey bacıları tərəfindən öldürülüb. Qətldə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Məlum olub ki, öldürülən körpələrin anası qızlara baxmaq üçün böyük qızını evdə qoyub. Qətldən sonra məktəbli parka gəzintiyə çıxıb və polis onu orada tapıb. O, telefonla anasına etdiyi cinayəti etiraf edib. Faktla bağlı Qəsdən iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.