Erməni hərbçi özünü güllələyərək öldürüb - YENİLƏNİB

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Zəngəzurda (Sünik) həqiqi hərbi xidmətə çağırılmış əsgərin ölümü ilə bağlı detalları açıqlayıb.

Ermənistan KİV-ləri xəbər verir ki, hərbi qulluqçu minaya düşərək deyil, ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Xidmətin məlumatında bildirilir ki, hadisənin təfərrüatını araşdırmaq məqsədilə cinayət işi açılıb və ibtidai istintaq aparılır.

*** 20:30

Ermənistanın hərbi qulluqçusu Zəngəzur (Sünik) bölgəsində minaya düşərək ölüb.

Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir.

Hadisənin necə və hansı şəraitdə baş verdiyi barədə məlumat yoxdur. Ermənistanın İstintaq Komitəsi sərhədçinin ölümünü təsdiqləyib

İstintaq Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.