Paytaxtın Nəsimi rayonunda bir nəfərin içərisində 1030 manat olan pul kisəsi soyğunçuluq yolu ilə ələ keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 43 yaşlı B.Balakişiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.