DEPUTAT VƏ BACISI FRANSADA KOMPLEKS TİKDİRİR? - "5 milyonluq villanı sökdürüb..." + FOTOLAR

“Növbəti dəfə deputat “seçilmiş” Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı buldozerin qabağına verib yerində kompleks tikdirir”.

"AzPolitika" xəbər verir ki, bu  iddia ilə Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli çıxış edib.

Jurnalistin araşdırmasına görə, tikinti ilə bağlı bələdiyyə sənədinə görə kompleksdə iki villa, iki hovuz, yeraltı qaraj və qonaqlar üçün evin inşası nəzərdə tutulur.

Qeyd edək ki, Hicran Hüseynova uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olub.

İddia ilə bağlı Hicran Hüseynovanın da mövqeyini dərc etməyə hazırıq.

Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü - FOTO