Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları xüsusi əməliyyat keçirib.
Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, nəticədə kriminal aləmdə “Kolya Qırğız” kimi tanınan 49 yaşlı “qanuni oğru” Kamçibek Kolbayev öldürülüb.
Məlumata görə, təhlükəsizlik qüvvələri Bişkekdə səlahiyyətlilərə məxsus “Blonder Pub” restoranına basqın edib və orada “Kolya Qırğız”ı tutmağa cəhd ediblər. Lakin o, silahlı müqavimət göstərib və cavab atəşinə tutulub.
İssık-Kul vilayətindən olan Kolbayev 2008-ci il noyabrın 6-da Moskvada “Ded Xasan” klanı tərəfindən taclandırılıb.