DAHA BİR ÖLKƏ ÇƏTƏNƏNİ LEQALLAŞDIRDI - Marixuana yetişdirmək, saxlamaq, istifadə etmək olar, amma...

Xəbər verdiyimiz kimi, may ayında Pakistanda çətənənin leqallaşdırılmasına qərar verilib. Bundan sonra Cənubi Afrika Respublikasında (CAR) da bu sahədə yeniliklər gündəmə gəlib.

Stopnarkotik.az xəbər verir ki, CAR-ın prezidenti Siril Ramafosa yetkinlik yaşındakı şəxslər tərəfindən çətənədən istifadənin cinayət məsuliyyətinə səbəb olmadığını açıq şəkildə ifadə edən qanun imzalayıb.

Bu yeni qanunla hələ ki, marixuana saxlamaq, şəxsi istifadə üçün yetişdirmək və istehlak etmək icazəsi verilir. Amma çətənənin satışı hələ də qadağandır, necə ki, onu uşaqlara vermək də qadağandır. Bu qanunla həm də çətənənin narkotik vasitələrin və qeyri-qanuni dövriyyənin qarşısının alınması haqqında qanundan çıxaracaq əlavə tənzimləyici islahat planlaşdırılır. Bu, gələcəkdə çətənədən hazırlanan dərman vasitələrinə, bu bitkini becərən seleksiyaçıların hüquqlarına və çətənənin becərilməsinin tənzimlənməsinə aid digər qanunvericilik aktlarına dəyişikliklər edilməsinə imkan verəcək. Və sonuncu baş verdikdə, qanuni çətənə sektorunun sənayeləşdirilməsi haqqında danışmağa başlamaq olar.

Ramafosa tərəfindən imzalanmış qanun layihəsi marixuananın saxlanması və becərilməsinə görə açılmış cinayət işlərinin silinməsini nəzərdə tutur. Bununla belə, bəzi ekspertlər hələ də narazıdırlar: qanun layihəsi kommersiya sektoruna və çətənənin yetişdirilməsi üzrə ixtisaslaşmış fermerlərə təsir göstərmir. 2022-ci ildən Ramafosa xalqa müraciətində ölkəni qlobal tibbi çətənə sənayesi ilə tanış etmək və yüz minlərlə iş yeri yaratmaq arzusunu elan etmişdi.

Stopnarkotik.az