“CƏSARƏTLİ OLUN” - Putin Kurskun qubernatoru ilə danışıb / VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovla danışıb. 

Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, Putin qubernatoru “cəsarətli və soyuqqanlı” olmağa çağırıb:

“Əlbəttə, mən bütövlükdə vəziyyəti bilirəm, lakin buna baxmayaraq, hazırda regiondakı vəziyyətlə bağlı qiymətləndirmənizi dinləmək istərdim. Bugünkü vəziyyət hakimiyyətin bütün qollarının qarşısında duran çətin, qeyri-adi vəzifələrin həllində cəsarət və soyuqqanlılıq tələb edir”.

Putin əlavə edib ki, bölgənin təhlükəli ərazilərini tərk edən Kursk vilayətinin sakinlərinə 10 min rubl birdəfəlik ödəniş veriləcək.