Cəlilabad sakinini bıçaqlayan şəxs saxlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, hadisədən qısa müddət sonra həmin əməli törətməkdə şübhəli bilinən rayonun Günəşli kənd sakini Aydın İmanzadə saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
***09:08
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Zeynalov bel nahiyəsindən bıçaqlanıb.
Xəsarət alan M.Zeynalov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda hadisənin kim tərəfindən törədilməsi və bıçaqlanmanın səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.