Cəlilabad sakinlərinə kiberdələduzluqla bağlı məlumat verilib - FOTO

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və bankomatların yaxınlığında vətəndaşların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr asılıb. Bu lövhələrdə kiberdələduzluqla məşğul olan şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumatlar yerləşdirilib.

Bundan əlavə, polis əməkdaşları maarifləndirici söhbətlər zamanı vətəndaşlara kibertəhlükəsizlik qaydaları ilə bağlı tövsiyyələr verib, bank və şəxsi məlumatların qarşı tərəfə təqdim olunmasının yolverilməzliyini diqqətə çatdırıblar. Vətəndaşlara bu mövzuda ayıq-sayıq olmaq, kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələri tövsiyə edilib.

Stopnarkotik.az