“Bu tarixdə Zelenskiyə qarşı hərbi çevriliş olacaq...” – ABŞ-ın sabiq kəşfiyyatçısı

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı hərbi çevriliş olacaq.

Bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Scott Ritter “Danny Haiphong” adlı “YouTube” kanalına müsahibəsində deyib.

O, iddia edib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən yanvar-fevral aylarında Zelenskiyə qarşı üsyan başlayacaq.

“Mən güman edirəm ki, vəziyyət düzəlməsə, yanvar-fevral aylarında hərbi çevriliş baş verə bilər. Zelenski Nikolay Çauşeskunun (Rumıniyanın sabiq lideri) taleyini yaşayacaq”,-deyə o qeyd edib.

Ritterin sözlərinə görə, Ukrayna strateji cəhətdən məğlub olan dövlətdir. O əlavə edib ki, dövlət daxilində açıq parçalanma səbəbindən ölkə təkcə hərbi deyil, həm də siyasi fəlakətin astanasındadır.