Qərb ölkələri Qəzza zolağında hərbi cinayətlər törədən İsraildən uzaqlaşmalıdır.
Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Qərb hökumətlərinin Qəzzada törədilmiş cinayətlər qarşısında susması və hətta atəşkəs çağırışı belə etməməsi mənəvi və siyasi uğursuzluğun təzahürüdür. Bu vəziyyət beynəlxalq hüquqa inamın tamamilə itirilməsi riskini doğurur. Qərb dünyasının İsrailin törətdiyi hərbi cinayətlərdən uzaqlaşmasının vaxtı çatıb. Fələstin probleminin yeganə həlli paytaxtı Şərqi Qüds olan azad Fələstin Dövlətinin mövcudluğunun tanınmasıdır. Türkiyə iki istiqamətdə səylər göstərir. Birincisi, tam atəşkəsin təmin edilməsi və regiona humanitar yardımın fasiləsiz çatdırılması, ikincisi, problemin iki dövlət prinsipi əsasında həllidir. Biz fəal diplomatiya aparırıq. Fələstini dəstəkləməkdən vaz keçməyəcəyik” – Fidan bildirib.