"BİZ UKRAYNAYA UDUZDUQ" - Rus generaldan AÇIQLAMA / VİDEO

Rusiya Quru Qoşunlarının keçmiş baş komandanı Vladimir Çirkin Kremlin Ukraynaya müdaxilə strategiyasının uğursuzluğunu açıq şəkildə etiraf edib.

Onun sözlərinə görə, Rusiya kəşfiyyatı Kremlə ukraynalıların 70%-nin Rusiyanı dəstəkləyəcəyinə, yalnız 30%-nin isə qarşı çıxacağına zəmanət verib.

Əslində isə bunun əksi doğru çıxdı və onun sözlərinə görə, bu, "üç günlük blitzkriq"in uğursuzluğuna səbəb olan amillərdən biri idi.

Çirkin ordunun "düşməni barmaqarası qiymətləndirdiyinə, öz gücünü şişirtdiyinə" və Kiyevi ələ keçirə bilmədiyinə, geri çəkilməyə məcbur qaldığına görə şikayətlənib.

O, həmçinin Sergey Şoyqunun rüsvayçılıqdan sonra "simasını qorumaq" cəhdlərindən də bəhs edib: "Keçmiş müdafiə naziri vəziyyətdən üzüsulu çıxmağa çalışdı və bunun adını xoş niyyət qoydu".

Stopnarkotik.az