Oktyabrın 6-da saat 01 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1992-ci il təvəllüdlü N.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisə törətməkdə şübhəli bilinən qəsəbə sakini 2006-cı il təvəllüdlü H.Ağayev və 1992-ci il təvəllüdlü S.Ağayev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.
***09:13
Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Hadisə Binə qəsəbəsində baş verib.
Savxoz ərazisində 1992-ci il təvəllüdlü Quliyev Nicat Şərafət oğlu bıçaqlanmış vəziyyətdə aşkarlanıb.
Onun dava zamanı bıçaqlandığı məlum olub. Çoxlu qan itirən yaralı xəstəxanaya çatdırılıb.
N.Quliyev cərrahi əməliyyat olunub.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.