Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladığı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bundan əlavə,sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.