Lənkəranda bibisinin evindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Lənkəran rayon sakini olan qadın evindən 27 500 manat oğurlanması barədə polisə məlumat verib. Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, qadının qohumu Yusif Quluyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluqdan bir müddət əvvəl rayona gələrək bibisindən borc pul istəyib. Bibisi isə ona borc verməkdən imtina edib. Bundan sonra Yusif Quliyev zərərçəkənin evdə olmadığından istifadə edərək pulunu oğurlayıb.
Faktla bağlı araşdırmalar aparılır.