Beyləqanda qadın evində qətlə yetirildi - 23 YAŞLI OĞLAN TUTULDU

Beyləqanda qətl hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Beyləqan rayonunun Bolsulu kəndində qeydə alınıb. İyulun 15-də gecə 1967-ci il təvəllüdlü Bəsti Həsənovaya yaşadığı evdə xəsarətlər yetirilib. Qadın xəstəxanaya çatdırılıb və iyulun 16-da orada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.