BATUMİDƏ SİLAHLI İNSİDENT: Türkiyə vətəndaşı qətlə yetirildi

Gürcüstanın Batumi şəhərində restoranda silahlı insident olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər qətlə yetirilib.

Öldürülən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir. Gürcüstan DİN faktla əlaqədar cinayət işi açıldığını bəyan edib.