Saatlıda külli miqdarda oğurluq olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, rayon sakini olan iki nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 9450 manat pulu oğurlanıb.
Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə axtarışda olan Əlisoltanlı kənd sakini K.Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.