Bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, sərnişinlər avtobusdan düşürdülüb və avtobus qaraja yönləndirilib:
"Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa olunub. Sərnişinlər arasında xəsarət alan yoxdur".
***10:26
Bakıda avtobus yanıb.
Stopnarkotik.az Bakupost.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında “BakuBus”ın 6 nömrəli avtobusunda kondisioner partlayıb və yanğın baş verib.
Dərhal sərnişinlər avtobusdan düşürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik: