Bakıda tikinti şirkətindən 20 min manatlıq oğurluq edildi - 4 NƏFƏR SAXLANILDI

Nərimanov rayonu ərazisindəki tikinti şirkətlərinin birindən cari ilin iyul-oktyabr ayları ərzində 20.000 manat dəyərində armaturun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnartkotik.az-a verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar E.Nəcəfov və S.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.