Bakıda taksi sürücülərinin bəlasına çevrilən sərnişin ələ keçdi

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər dələduzluğa məruz qalmaları ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət ediblər. Onların sözlərinə görə, avtomobillərinə əyləşən müştəri üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verərək pulun qalığını alıb.

Keçirilən əməliyyatlar nəticəsində sürücülərə qarşı dələduzluq edən keçmiş məhkum Hafiz Mahmudov saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən dələduzluq üçün istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıqlar aşkarlanaraq götürülüb.