Bakıda sərnişinə qarşı soyğunçuluq edən sürücü tutuldu

Mayın 6-da Hövsan qəsəbəsi ərazisində bir nəfər şəxsin içərisində 500 manatı olan pulqabısının və mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
 
Stopnarkotik.az xəbər verir ki, araşdırmalarla həmin gün saat 07 radələrində “Toyota” markalı avtomobilin sürücüsünün sərnişini yük yerini bağlamaq adı ilə düşürməsi, həmin şəxsin mobil telefonu və içərisində 500 manatı olan pulqabısının qaldığı avtomobili bilərəkdən sürüb getməsi məlum olub. 

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Samir Nağıyev müəyyən olunaraq saxlanılıb.
 
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.