Bakıda soyğunçuluq: Sumqayıt sakinləri saxlanıldı - VİDEO

Yasamal rayonunda soyğunçuluq edən Sumqayıt şəhər sakinləri saxlanılıblar.

DİN-dən Stopnarkotik.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun 200 manat dəyərindəki mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri 2001-ci il təvəllüdlü Vüqar Məmmədov və 1992-ci il təvəllüdlü Ceyhun Bəylərov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri əraziyə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.