Bakıda soyğunçuluq edən şəxs saxlanııldı

Nəsimi rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs bir nəfər qadına yaxınlaşaraq “zəng etmək” bəhanəsi ilə aldatmaqla əvvəlcə mobil telefonunu, ardınca isə zərərçəkənə zor tətbiq etməklə qızıl-zinət əşyasını ələ keçirib.

Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı İ.Şahbazov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.