Martın 18-də gecə saatlarında Səbail rayon ərazisində bir nəfəri kəsici alətlə hədələyərək 100 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İlham Hətəmov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, İ.Hətəmov Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.
Faktla bağlı araşdırma aparılır.