“Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qızılcaya yoluxan uşaqların hazırda səhhəti yaxşıdır”.
Bunu “Report”a açıqlamasında Birliyin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, xəstəxanaya yerləşdirilən uşaqlardan bir neçəsi sabah, qalanları isə sağaldıqca sığınacağa buraxılacaqlar.
Xatırladaq ki, Azərbaycan Uşaqlar Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub, onlardan 20-si xəstəxanaya yerləşdirilib.