Bakıda qətl hadisəsi törədən şəxs ələ keçdi – RƏSMİ AÇIQLAMA

Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Zamanov Rasim  Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, dərhal cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Zamanovun qayını 1980-ci təvəllüdlü Həsrətov Həsən Məmməd  oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Stopnarkotik.az