Bakıda daha bir şübhəli saxlanılıb.
DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də paytaxt sakini olan bir qızın mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Mirzəyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Araşdırmalarla onun oktyabrın 29-da Yasamal rayonu ərazisində bir nəfərin 2300 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub.