Bakının Binəqədi rayonu ərazisində bir neçə evdən elektrik naqilləri oğurlanıb.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 55 yaşlı Y.Mirzəyev və 51 yaşlı V.Mürsəlov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nizami rayonunda isə bir nəfərə məxsus 600 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Qurbanov da polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktlarla bağlı araşdırma aparılır.