Bakıda məşhur bloqerin restoranında dava: BIÇAQLANAN VAR - RƏSMİ AÇIQLAMA / YENİLƏNİB-1

Xəbər verdiyimiz kimi, ötən gün Yasamal rayonunda yerləşən “Papaq lounge” restoranında bıçaqlanma hadisəsi baş verib.

Dava-dalaş zamanı bir nəfər bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis bölməsində araşdırma aparılır: “Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***11:58

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev Stopnarkotik.az-a açıqlamasında bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır:

“Əlavə məlumat veriləcək”.

***09:57

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci polis bölməsinin əməkdaşları araşdırırlar.