Bakıda mağazadan oğurluq edən şəxsə HÖKM OXUNDU

Nizami rayonunda fəaliyyət göstərən "Alfa Store” mağazasında oğurluq baş verib. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, mağazadan müxtəlif adda siqaret, spirtli içki, ərzaq və qeyri-ərzaq məhsulları oğurlanıb. Mağaza sahibinə ümumilikdə 1587 manat ziyan dəyib. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müqarciət edilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəməni qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

Həmin şəxs oğurluğa görə əvvəllər də məhkum olunub. 

Cinayət işinə Nizami rayon məhkəməsində baxılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.