Bakıda mağaza və şirkət qarət edildi - 5 NƏFƏR SAXLANILDI

Bakıda mağaza və şirkət qarət olunub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Sahil və Lökbatan qəsəbələri ərazisində bir mağazadan 1900 manat pul, 800 manat dəyərində danışıq kartları və tütün məmulatı, bir şirkətdən 1000 manat dəyərində avadanlıq, ehtiyat hissələri və elektrik kabelləri oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Cavid Qorçuyev, Turan Salahov, Şamil Mustafayev, Elmar Quliyev və Pənah Nağıyev saxlanılıblar.

Araşdırma aparılır.