Bakıda kişi işlədiyi marketi soymaq istəyərkən tutuldu

Bakıda 30 yaşlı kişi işlədiyi marketi soymaq istəyərkən tutulub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 9-da gecə saat 1 radələrində Zabrat qəsəbəsində yerləşən qorunan marketlərin birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

1994-cü il təvəllüdlü N.Teymurlunun həmin marketdə işlədiyi müəyyən edilib.

O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə təhvil verilib.