Bakıda evdən 4 min manat oğurlayan şəxs ələ keçdi

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 4 min manat oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Əkbərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.