Bakıda DƏHŞƏT: 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atdı

Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.

1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.