Bakıda daş sexindən 10 min manatlıq oğurluq edildi - 4 NƏFƏR TUTULDU

Bakıda daş sexindən 10 min manatlıq daş kəsən mişarlar oğurlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 29-na keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10 000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.