Bakıda velosiped yolları layihəsi çərçivəsində yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, həmin kəsişmələrdə yaşıl boya velosipedlərin hərəkətinin üstün olduğunu bildirir və nəqliyyat vasitələri tərəfindən zolaqla hərəkət edən velosipedçi, skuterçilərə yol verilməsini tələb edir. Eyni zamanda qeyd olunan nişanlanma mikromobillik vasitələrinə qarşıda diqqətli olmalarını bildirir.