Bakıda Babək prospektində obyekt yanır

Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən obyektdə yanğın baş verib..

Bu barədə Stopnarkotik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.