Bakıda 600 manatlıq lotereya bileti oğurlandı

Bakıda külli miqdarda lotereya oğurlanıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, hadisə fevralın 7-də Lökbatan qəsəbəsi ərazisində baş verib. Lotoreya satışı məntəqəsindən piştaxtadan 600 manat dəyərində lotereya biletləri oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Daşqın Abdullayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.