Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 6400 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Mirzalı İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.