Bakı sakinini bıçaqlayan ərəb biznesmen məhkəmə qarşısında

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən ərəb iş adamının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Baxış iclası dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Narginer RR” MMC-nin qanuni təmsilçisi olan Al-Ubeydi Ədhəm Məhəmməd Bakı şəhər sakini Sadiq Rəhimovu bıçaqlamaqda təqsirli bilinir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağıq zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, həbs olunub.