Bacanağının evini qarət etdi - 7 İL HƏBS CƏZASI ALDI

Bacanağının evindən oğurluq etməkdə təqsirləndirilən Samir Tağıyevin məhkəməsi yekunlaşıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən  prosesdə hökm oxunub.

Prosesdə Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkən şəxs Samirin körpəsinin olduğunu qeyd edərək ona güzəşt edilməsini istəyib.

Təqsirləndirilən Samir Tağıyev son sözündə məhkəmədən ədalətli qərar verməsini xahiş edib.   

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən Samir Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 2024 cü ilin dekabr ayında bacanağının evindən pul və qızıl zinyət əşyaları oğurlayan Tağıyev Samir Cinayət Məcəlləsinin  maddəsi ilə  177.3.2  (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.