Azərbaycanda turizm polisinin yaradılması təklif edilir

Azərbaycanda turizm polisinin yaradılması təklif olunur.

Bunu "Azərbaycan Turizm Blogerləri Assosiasiyası" (ATBA) İctimai Birliyinin İdarə Həyatının üzvü Mirsəməd Cəfərli bildirib.

"Bir çox xarici ölkələrdə - Malayziya, Tailand, hətta Özbəkistanda turizm polisi fəaliyyət göstərir. Yaxşı olardı ki, Azərbaycanda da turizm polisi yaradılsın", - deyə o qeyd edib.