Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən istirahət kompleksində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının istirahət kompleksinin ərazisində yerləşən kotecdə baş verdiyi və meşəyə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 286kv.m. olan ikimərtəbəli kotecin yanar konstruksiyaları 160kv.m. sahədə və 3 ədəd ağac yanıb.
Kotecin qalan hissəsi və meşə yanğından mühafizə olunub.