Azərbaycanda dollara tələbat niyə artır? - VİDEO

Son dövrlərdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarında ABŞ dollarına tələbatın artması müşahidə edilir.

Belə ki, sentyabrda 259,8 milyon dollar satılmışdısa, oktyabrda bu göstərici 291,8, noyabrda isə 427 milyona yüksəlib.

Dekabrın beşində keçirilən valyuta hərracında isə tələb 95,1 milyon ABŞ dolları təşkil edib ki, bu da son illərdə qeydə alınan ən yüksək göstərici olub.

O zaman sual yaranır, xarici valyutaya tələbin artması manatın məzənnəsi üçün təhlükə yarada bilərmi?

İqtisadçı Eldəniz Əmirov bildirib ki, ölkənin valyuta ehtiyatları, neftin qiyməti və valyuta çıxışı kanallarının nəzarətdə olması manatın məzənnəsinin qorunmasına imkan verir.

Bu baxımdan hazırda milli valyutanın ucuzlaşması gözlənilmir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: